Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İsrailin Azərbaycandakı səfirini qəbul edib

Posted by

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İsrailin Azərbaycandakı səfirini qəbul edibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İsrailin Azərbaycandakı səfirini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İsrailin Azərbaycandakı səfirini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı qəbul edib.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla İsrail arasında əlaqələrin tarixi köklərə malik olduğu və bu münasibətlərin hazırda da uğurla davam etdiyi vurğulanıb.

 

Səfir Rafael Harpaz Azərbaycanda yəhudilərə göstərilən diqqətdən, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnunluğunu bildirib. Səfir qeyd edib ki, azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər və burada nə vaxtsa dini və etnik zəmində hər hansı problemlə qarşılaşmayıblar.

 

Görüş zamanı Azərbaycanla İsrail arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

 

Apa.az