Dilimizə yeni daxil olan alınma sözlərin izahlı lüğəti hazırlanır

Posted by

Dilimizə yeni daxil olan alınma sözlərin izahlı lüğəti hazırlanırDilimizə yeni daxil olan alınma sözlərin izahlı lüğəti hazırlanır

Dilimizə yeni daxil olan alınma sözlərin izahlı lüğəti hazırlanır

Azərbaycan dilinə yeni daxil olan alınma sözlərin izahlı lüğəti hazırlanır. Bu lüğət gələn il istifadəyə veriləcək. Bunu Trend-ə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

 

Onun sözlərinə görə, təxminən 1990-cı ilin əvvəllərindən Azərbaycan dilinə daxil olmuş sözlər müxtəlif sahələrdə – texnologiya, ictimai, hüquq sahələrində, mətbuatda işlənir. Ancaq bunların çox az qisminin lüğətlərdə izahı verilib. Bəzilərinin izahı isə yanlış verilib: “Dilimizə yeni daxil olan sözləri toplamışıq. Bunların bir hissəsi bu il buraxılmış “Məktəblilərin alınma sözləri” adlı lüğətdə dərc edilib. Həmin lüğətdəki sözlər daha çox texnologiya və ictimai həyatda işlənən sözlərdir”.

 

Trend.az