Deputatlığa namizədlik üçün sənədlərin təqdim edilməsi başa çatır
Oktyabrın 2-də Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərdə namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi prosesi başa çatır.
Trend-in məlumatına görə, Azərbaycan Seçki Məcəlləsinə əsasən irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi sənədləri səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına təqdim etməlidir.
Trend.az