Demoqrafik dividend və gənclərin məşğulluğu BMT-nin diqqətində

Posted by

Demoqrafik dividend və gənclərin məşğulluğu BMT-nin diqqətindəDemoqrafik dividend və gənclərin məşğulluğu BMT-nin diqqətində

Demoqrafik dividend və gənclərin məşğulluğu BMT-nin diqqətində

Birləşmiş Millətlər Təşkilatında (BMT) “Demoqrafik dividend və gənclərin məşğulluğu” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Bu barədə Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir.

 

Tədbiri giriş nitqi ilə BMT Baş Assambleyasının Prezidenti Sam Kutesa açdı, daha sonra BMT Baş katibi Ban Ki-mun və tədbir iştirakçılarını salamlayıb. Açılışdan sonra müxtəlif ölkələrdən olan nümayəndələr çıxış edərək öz ölkələrindəki təcrübə ilə bölüşüblər.

 

Çıxışlardan sonra sessiya işini “Demoqrafik dividenddən necə bəhrələnmək olar” və “Gənclərin işlə təmin edilməsi üçün hansı addımlar atılmalıdır” adlı panellərdə davam etdirib. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Braziliya və Boliviya nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirildi. Görüşlər çərçivəsində ölkələr arasında gənclərlə iş sahəsində əlaqələrin qurulması və genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, “Demoqrafik dividend” konsepsiyası 1994-cü ildə Qahirə şəhərində keçirilmiş BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında yaradılıb. Demoqrafik dividendin əsas məqsədi demoqrafik töhvə vasitəsilə iqtisadi artımın təmin edilməsidir. Bu prosesdə müxtəlif faktorların, o cümlədən gənc qadın və uşaqların sağlamlığı, gənclərin işlə təmin edilməsi, təhsil və s. bu kimi faktorlar mövcuddur.

 

Tədbirin nəticəsi olaraq iyun ayının ortalarında bu mövzu ilə bağlı BMT Baş Assambleyası Prezidentinin yekun hesabatı təqdim olunacaq.

 

Trend.az