Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya daha yüngül cəza ilə əvəz etmənin mümkünlüyü məhkumlara izah olunmuşdur

Posted by

İnsan hüquqları və islah işinin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə institutu tətbiq olunur. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə yeni praktikanın tətbiqinə başlanılaraq tərkibi nazirliyin, o cümlədən Penitensiar Xidmətin təcrübəli məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələrindən, Milli Məclisin deputatlarından və hüquq müdafiəçilərindən ibarət xüsusi Komissiya formalaşdırılmışdır.

AzərTAc xəbər verir ki, aprelin 30-da Komissiyanın üzvləri və KİV-lərin nümayəndələri 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkmiş, məhkumların işləri öyrənilməklə onlarla və valideynləri ilə görüşmüşlər. Həmçinin cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya daha yüngül cəza ilə əvəz etmənin mümkünlüyü ətraflı nəzərdən keçirilmiş, məhkumlara hüquqi yardım göstərilmiş, zəruri izahlar verilmiş, tərbiyəvi tədbirlər və təbliğat işi aparılmışdır.

AzərTac.az