Cənubi Qafqazdakı uzunmüddətli münaqişələr ATƏT-i və BMT-ni narahat edir
BMT-nin baş katibi Pan Gi Mun ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zamanı deyib ki, Cənubi Qafqaz regionundakı uzunmüddətli münaqişələr ATƏT-i və BMT-ni narahat edir.
AzərTAc ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, baş katib insanların həyatını yaxşılaşdırmağın ortaq vəzifə olduğunu bildirib. O deyib ki, sülh və inkişaf eyni medalın iki üzüdür. Əgər biz sabitlik və təhlükəsizlik istəyiriksə, davamlı olaraq inkişaf etməli və insan hüquqlarına hörmətlə yanaşmalıyıq.
AzərTac.az