Əcnəbi vətəndaşların Azərbaycanda işə qəbul edilməsi ilə bağlı müzakirələr aparılıb

Posted by

Əcnəbi vətəndaşların Azərbaycanda işə qəbul edilməsi ilə bağlı müzakirələr aparılıb

Əcnəbi vətəndaşların Azərbaycanda işə qəbul edilməsi ilə bağlı müzakirələr aparılıb

 

 

Əcnəbi vətəndaşların Azərbaycanda işə qəbul edilməsi ilə bağlı müzakirələr aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məsul şəxsləri Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri ilə görüş keçirib.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a verilən məlumata görə, görüş Azərbaycan Respublikasının əmək və miqrasiya qanunvericiliyi, əcnəbi vətəndaşların ölkəmizdə çalışmaları üçün zəruri olan prosedurlar, iş yerlərində təhlükəsizlik normalarının təmin edilməsi üzrə tələblər və s. barədə ATİB üzvlərini məlumatlandırmaq məqsədilə keçirilib.

 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev işçi və işəgötürən arasında əlaqələrin düzgün qurulmasının zəruri olduğunu, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanılmasını hesabat dövrünün ən uğurlu islahat tədbirlərindən biri kimi qeyd edib. Bildirilib ki, sistem tətbiq olunduqdan sonra işəgötürənlərin məlumatlandırılması, sistemdən istifadə ilə bağlı onların praktiki biliklərə sahib olmaları üçün xidmət tərəfindən ardıcıl işlər görülüb və müvafiq qaydalar, metodiki materiallar nazirliyin rəsmi saytında yerləşdirilib.

 

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə isə Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyatı mexanizminin yaradılmasının beynəlxalq qurumlar tərəfindən maraq və rəğbətlə qarşılandığını, bunun dünyada mütərəqqi təcrübələrdən biri və digər bir çox ölkələr üçün nümunə kimi dəyərləndirildiyini bildirib.

 

Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata çıxışında əcnəbi vətəndaşların Azərbaycanda əmək müqaviləsi ilə işə götürülməsi məsələlərinə aydınlıq gətirib.

 

Daha sonra ATİB üzvlərinin sualları cavablandırılıb.

 

AzərTac.az