Cavid Qurbanov yeni səfirlə görüşdü

Posted by

Cavid Qurbanov yeni səfirlə görüşdüCavid Qurbanov yeni səfirlə görüşdü

Cavid Qurbanov yeni səfirlə görüşdü

Milli Məclisin deputatı, Azərbaycan-Avstriya parlamentlərarası dostluq qrupunun sədri Cavid Qurbanov Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi qəbul edib.

 

Trend-in məlumatına görə, görüşdə parlamentlərarası, eyni zamanda müxtəlif sahələrdə əlaqələrin inişafı yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlığın daha da artırılmasının vacibliyi vurğulanıb.

 

Səfir A.Vex Avstriya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu bidirib.

 

C.Qurbanov Azərbaycanla Avstriya arasındakı əlaqələrin mövcud durumunu yüksək qiymətləndirib.

 

Daha sonra C.Qurbanov səfirə yeni missiyasında uğurlar arzulayıb və parlamentlərarası dostluq qrupunun sədri kimi iki tərəfli əməkdışlıqda yüksək nailiyyətlərin əldə olunmasına çalışacağını vurğulayıb.

 

Trend.az