Cakartada Xocalı faciəsinin 22-ci ildönümü anılıb

Posted by

Cakartada Xocalı faciəsinin 22-ci ildönümü anılıb

Cakartada Xocalı faciəsinin 22-ci ildönümü anılıb

Cakartada Xocalı faciəsinin 22-ci ildönümü anılıb

“Xocalıda baş verənlər Azərbaycanda günahsız müsəlmanlara qarşı ağır cinayət idi. Biz Xocalı faciəsi haqqında məlumatları düzgün çatdırılması üçün əlimizdən gələni edirik. İndi daha çox indoneziyalı bu qətliamı pisləyir”.

 

Bunu “Xocalıya Ədalət!” kampaniyasının milli koordinatoru İmas Fujati İndoneziyanın paytaxtı Cakartada Rotaract Klub Cakarta Cosmopolitan tərəfindən təşkil edilmiş Xocalı qırğınının 22-ci ildönümü anma mərasimində deyib.

 

İslam Konfransı Gənclər Forumundan (İKGF) APA-ya daxil olan məlumatda bildirilib ki, həmin tədbirdə Azərbaycanın İndoneziyada səfiri Tamerlan Qarayev çıxışında bu faciənin tək müsəlmanlara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu qeyd edib.

 

Qeyd olunub ki, son illər ərzində Xocalı soyqırımını pisləyən və Xocalıya ədalət tələb edən indoneziyalıların sayı artmaqdadır. Bu yaxınlarda ölkənin Nümayəndələr Palatasının son plenar sessiyasında çıxış edən deputat Marzuki Alie bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyni qeyd edib. Bundan başqa, ölkənin bir neçə dini və siyasi lideri, alimlər, ziyalılar və tələbələr bu yaxınlarda Xocalı qurbanlarına ədalət tələb olunan petisiyaya imza atıblar.

 

Apa.az