Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə “Tədbirlər Planı” imzalanıb

Posted by

Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmət ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2018-ci il üçün birgə “Tədbirlər Planı” imzalanıb.

İşçi qrupundan verilən məlumata görə, Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

Cari İl ərzində Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi mövzusunda eləcə də, mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək.

APA