“Bulla-Dəniz” yatağında təmizlənmə işləri başa çatıb
“Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətidə işlər sentyabrın 1-də də davam etdirilib. Trend-in məlumatıan görə, bu barədə ARDNŞ-in rəsmi saytında dərc olunan məlumatda bildirilir.
Məlumatda bildirilir ki, özül “Şirvan” və “Z.Hacıyev” kran gəmiləri vasitəsi ilə yanğın zamanı çökmüş qülləaltı postamentin elementlərindən başqa bütün avadanlıqlardan tam təmizlənib. Qəzanın aradan qaldırılması üzrə bundan sonra aparılacaq əməliyyatlarda iştirak etmək üçün ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri ilə birlikdə bu sahədə böyük təcrübəyə malik Amerikanın “Boots & Coots international Well Control” şirkətinin nümayəndələri də dəvət olunublar.. Hadisə yerinə birgə baxış keçirmiş və quyunun bağlanmasında “Qurban Abbasov” kran gəmisinin gücündən istifadə olunması qərarına gəlinmişdir. Hal-hazırda kran gəmisində müvafiq hazırlıq işləri görülür.