Bu ilin mart ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 12 min 72 müraciət cavablandırılmışdır
2014-cü ilin mart ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 12 min 72, o cümlədən canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 9 min 295 müraciət cavablandırılmışdır.
Müraciətlər əsasən vergi növləri (21 faiz), qeydiyyat (18,3 faiz), elektron xidmətlər (15,7 faiz), hesabatlar (11,2 faiz), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (4,9 faiz) barədə olmuşdur. Müraciətlərin 98,2 faizi müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılmış, 1,8 faizinə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilmişdir.
Ay ərzində Çağrı Mərkəzi tərəfindən 41 min 81 vergi ödəyicisi mesaj xidməti vasitəsilə məlumatlandırılmışdır.
Mart ayında Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 235 min 10 daxilolma qeydə alınmışdır.
AzərTac.az