Bu il Türkiyədə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iki birgə təlimi keçiriləcək

Posted by

Bu il Türkiyədə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iki birgə təlimi keçiriləcəkBu il Türkiyədə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iki birgə təlimi keçiriləcək

Bu il Türkiyədə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iki birgə təlimi keçiriləcək

Bu il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlim keçiriləcək.

 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

«İşıq-2015» və «Anadolu Qartalı-2015» təlimlərində iki ölkənin hərbçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.

 

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərə də qatılacaqlar.

 

Qeyd edək ki, 2013-cü ilin iyul ayında Bakı və Naxçıvanda, 2014-cü ilin fevral ayında Qars (Türkiyə) bölgəsində Azərbaycan-Türkiyə Birgə səhra təlimi, 2014-cü ilin sentyabr-oktyabr aylarında isə ilk dəfə Azərbaycanda Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin təlimi keçirilib.

 

 

Apa/az