Bu il Azərbaycanda 144 nəfər əlilliyi olan şəxsə əlil arabaları verilib

Posted by

Cari ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 144 nəfər əlilliyi olan şəxs əlil arabaları ilə təmin olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu müddətdə Mərkəz və onun Gəncə şəhərindəki filialı, eləcə də Naxçıvan istehsalat sahəsi tərəfindən müxtəlif növlərdə ümumilikdə 4881 ədəd protez-ortopedik məmulat hazırlanaraq qeyd olunan şəxslərin istifadəsinə verilib, müraciətlər əsasında 204 ədəd protez-ortopedik məmulat təmir edilib.

Həmçinin cari ilin yanvar-mart aylarında Bakı Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncə filialının mürəkkəb protezləşdirmə stasionarlarında 176 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilib.

Trend.az