Bu il 237 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Posted by

Bu il 237 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Bu il 237 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Bu il 237 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Son iki ildə Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edənlərin sayı çoxalıb.

 

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev məlumat verib.

 

F. Nəbiyev deyib ki, cari ilin ilk yarısında 237 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Bu rəqəm 2013-cü ildə 575 nəfər olub: “Bu gün Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərlə görüş keçirdim və onları bu münasibətlə təbrik etdim. Azərbaycan vətəndaşlığına müraciət edənlər həqiqətən də çoxdur. Növbəti müraciətlərə isə sentyabrda baxılacaq”.

 

F. Nəbiyev Azərbaycan vətəndaşlığına qəbul olunmaq istəyənlərin müxtəlif ölkələrdən olduğunu qeyd edib. Onların arasında Avropa ölkələrindən, Şərq ölkələrindən olanlar və Azərbaycanı 90-cı illərin əvvəllərində tərk etmiş azərbaycanlılar da var.

 

Qeyd edək ki, DMX mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə bu gün 111 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, 2 nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub.

 

 

Apa.az