Bu gün BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə qətnamə layihəsi səsə qoyulacaq
Martın 15-də BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən hazırlanan qətnamə layihəsini səsə qoyacaq.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Vaşinqtonun təşəbbüsü ilə keçirilən təcili görüş Nyu-York vaxtı ilə saat 11:00-də başlayacaq.
Qətnamədə Krımda keçiriləcək referendumun qeyri-qanuni olduğu və Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyi bildirilir.
Diplomatik mənbələr Rusiyanın qətnaməyə veto qoyacağını güman edirlər. Adətən Rusiyanı dəstəkləyən Çinin mövqeyi maraq doğurur. Rəsmi Pekin daim ərazi bütövlüyü prinsipini müdafiə edib.
“Əgər Çin səsvermədə bitərəf qalsa, o zaman qətnamənin yeganə məqsədi, Rusiyanın gələcək izolyasiyasına nail olunacaq”, – adının çəkilməsini istəməyən diplomatik mənbə bildirib.
Apa.az