Bu gün Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Posted by

Bu gün Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcəkBu gün Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Bu gün Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Bu gün Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

 

APA-nın məlumatına görə, görüşdə MDB-nin əsas fəaliyyət istiqamətlərini əhatə edən 22 məsələ müzakirə ediləcək. Xarici siyasət idarələri rəhbərləri MDB çərçivəsində xarici siyasət üzrə kordinasiyanın dərinləşməsi və çoxplanlı əməkdaşlığın gələcəkdə inkişafı məsələləri ətrafında müzakirələr aparacaqlar.

 

Həmçinin humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığın dərinləşməsi layihələri nəzərdən keçiriləcək.

 

XİN başçıları tərəfindən MDB ölkələrinin 2020-ci ilədək hərbi əməkdaşlığı konsepsiyası layihəsinin təsdiqi gözlənilir. Müzakirə olunan məsələlər arasında təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması və xəbərdarlıq edilməsi kimi məsələlər də müzakirə olunacaq.

 

İclasın yekununda razılaşdırılmış məsələlər təsdiq üçün MDB Dövlət və Hökumət Başçıları Şurasına təqdim olunacaq.

 

MDB Dövlət Başçıları Şurasının iclası növbəti gün Astanada keçiriləcək.

 

Apa.az