Bütün növ əmək pensiyalarının sığorta hissəsi artırıldı

Posted by

Bütün növ əmək pensiyalarının sığorta hissəsi artırıldıBütün növ əmək pensiyalarının sığorta hissəsi artırıldı

Bütün növ əmək pensiyalarının sığorta hissəsi artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

Dövlət başçısı Azərbaycanda pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq qərara alıb:

 

Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə:

 

– bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

 

– fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Bizi Twitter-dən izləyin: @trend_az

 

Trend.az