Brokonyerlər 8650 manat məbləğində cərimələnib

Posted by

Brokonyerlər 8650 manat məbləğində cərimələnib

Brokonyerlər 8650 manat məbləğində cərimələnib

Brokonyerlər 8650 manat məbləğində cərimələnib

Bu ilin ötən dövründə qanunsuz ov edilməsi, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun, habelə, Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin tələblərinə əməl olunması, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində bir neçə reydlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlər zamanı mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinin pozulması faktları üzrə protokollar tərtib edilib, müvafiq qaydada tədbir görülməsi məqsədilə qanun pozucuları aidiyyatı üzrə ərazi polis orqanlarına təhvil verilib, Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə əsasən onlara xəbərdarlıq edilib və ya cərimə olunublar.

 

Keçirilən reydlər nəticəsində qanunsuz ov edən şəxslərdən ümumilikdə 10 ədəd ov tüfəngi, 52 ədəd ov quşu, o cümlədən “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmış 20 ədəd nadir bəzgək quşu, 116 ədəd nərə cinsli balıq götürülüb. Brokonyerlər barəsində 8650 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.

 

Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.

 

Sia.az