Britaniya XİN rəhbəri: “Avropa Biliyi Rusiya ilə diplomatik əlaqələri kəsmir”
Avropa Biliyi Rusiya ilə diplomatik əlaqələri dayandırmır.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq deyib.
“Bütün diplomatik kanallar Rusiya üçün açıq qalır”, – deyə o vurğulayıb.
Heyq qeyd edib ki, Moskva ilə Kiyev arasında birbaşa dialoq beynəlxalq təmas qrupu vasitəsilə həyata keçirilə bilər. “Lakin ruslar öz növbəsində gərginliyin azaldılması üçün addımlar atmalıdır”, – deyə nazir bildirib.
Qeyd edək ki, U.Heyq Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin Brüssel toplantısında iştirak edir.
Apa.az