“Düşünürük ki, tərəflər ortaq detallar barədə danışıb, razılığa gəlməlidir”
“Dağlıq Qarabağda baş verənlər faciədir. Bu faciə çox insanın həyatına təsir edib. Hesab edirəm ki, bu münaqişə tezliklə həll olunmalıdır. Qarabağ böhranı iyirmi ildir ki, bölgənin inkişafını ləngidir. Mən məcburi köçkünlərlə də görüşmüşəm və başa düşürəm ki, onlar öz evlərinə qayıtmaq istəyirlər”.
APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Devid Lidintqon bildirib ki, Böyük Britaniya münaqişənin həllinin sürətlənməsi üçün kömək etməyə hazırdır: “Lakin biz danışıqlar prosesinə müdaxilə edə bilmərik. Sadəcə, tövsiyə və təkliflə çıxış etməyimiz mümkündür. Düşünürük ki, tərəflər ortaq detallar barədə danışıb, razılığa gəlməlidir”.
Apa.az