«BP-Azerbaijan»: Tezliklə qazın ixracı normallaşacaq
Dünəndən Səngəçal terminalından təbii qazın nəqlində məhdudiyyətlər yaranıb.
Bu faktı «APA-Economics»ə qazın ixracı ilə məşğul olan operator «BP-Azerbaijan» şirkətindən də təsdiqləyiblər.
Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, dünən axşama doğru Səngəçal terminalından texniki problemlər qazın ixracı əməliyyatlarına təsir göstərib: «Biz qazın çatdırılması əməliyyatlarını normallaşdırırıq. Tezliklə qazın çatdırılması prosesinin normal rejimdə olacağını gözləyirik».
Apa.az