BMT Təhlükəsizlik Şurası NATO-nun Əfqanıstandakı yeni missiyasını təsdiqləyib
BMT Təhlükəsizlik Şurası NATO-nun 2015-ci il, yanvarın 1-dən Əfqanıstanda yeni missiyasının iştirakını təsdiqləyib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq qətnamə layihəsi üzrə səsvermə Təhlükəsizlik Şurasının Əfqanıstana həsr olunmuş iclasında baş tutub.
Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq yeni missiyada 12 min əsgərin yer aldığını, onların yerli güc strukturlarının təliminin və konsultasiyasını apardığını bildirmişdi. Qeyd edək ki, missiya qeyri-hərbi elan edilib.
Apa/az