BMT rəsmisi: Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT-nin qətnamələri yerinə yetirilməlidir

Posted by

Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT-nin qərar və qətnamələri yerinə yetirilməlidir. Bu barədə Trend-ə Bakıda səfərdə olan BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib.

Baş katib Azərbaycanın işğal edilmiş ərazilərində turizm zonalarının məhv edilməsi ilə bağlı suala cavab verərkən deyib: “BMT-nin qərar və qətnamələri yerinə yetirilməlidir. Bu, bizim üçün aydın bir prinsipdir”.

T.Rifai vurğulayıb ki, bu məsələdə beynəlxalq qanunlar olduqca əhəmiyyətlidir: “Ümid edirəm ki, zaman və diplomatiya bütün bu məsələləri həll edəcək”.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul edib. Bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, bu tələblər indiyə qədər yerinə yetirilməyib.

Trend.az