BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

Posted by

BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani mayın 18-24-də Azərbaycanda səfərdə olacaq.

Trend-in BMT-nin Cenevrədəki ofisinin saytına istinadən verdiyi məlumata görə, xüsusi məruzəçinin səfərinin məqsədi ölkədə məcburi köçkünlərin ümumi vəziyyəti ilə tanış olmaqdır.

Ç.Beyani Bakı və Sumqayıt şəhərlərindəki məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə baş çəkəcək.

Xüsusi məruzəçi qeyd edib ki, səfəri zamanı məcburi köçkünlərin cari problemləri və onlar üçün yaradılan imkanlarla maraqlanacaq və onların müdafiəsi və göstərilən yardımla əlaqədar əldə olunan irəliləyişi müzakirə edəcək.

Xüsusi məruzəçi hökumət nümayəndələri, BMT-nin tərəfdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, mayın 23-də Ç.Beyaninin ilkin müşahidələrinə dair mətbuat konfransı keçiriləcək.

 

Trend.az