BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcra Komitəsinin 66-cı sessiyası keçirilir
Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcra Komitəsinin 66-cı sessiyası başlayıb.
APA-nın məlumatına görə, sessiya oktyabrın 9-na kimi davam edəcək. Tədbirin məqsədi agentliyin proqramını və büdcəsini təsdiq etmək və müdafiə məsələlərini müzakirə etməkdir. Tədbirə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli də qatılıb.
Apa.az