BMT Baş Məclisinin Üçüncü Komitəsində erməni yalanları ifşa edilib
Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayav BMT Baş Məclisinin Üçüncü Komitəsində “İrqçiliyin, irqi ayri-seçkiliyin, ksenofobiya və dözümsüzlüyün aradan qaldırılması” adlı 67-ci gündəlik maddəsinə uyğun olaraq çıxış edib və xüsusilə diqqəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə və tarixi, mədəni, irqi və dini əsasda yürütdüyü nifrət siyasətinə, insanlıq əleyhinə cinayət əməllərinə və bu xüsusda digər mühüm məqamlara çəkib.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, T.Musayev bildirib ki, öz ərazisindən bütün qeyri-erməniləri, Ermənistan xüsusilə azərbaycanlıları qovaraq utanc və ikrah doğuran şəkildə unikal monoetnik dövlətə çevrilib.
Azərbaycan nümayəndəsinin çıxısından sonra Ermənistan nümayəndəsi çıxış edərək yalan və iftiralara əl atıb. BMT Baş Məclisinin Prosedur qaydalarına uyğun olaraq, cavab hüququndan istifadə edən Tofiq Musayev tutarlı dəlillərlə Ermənistanın iddialarının yalan və cəfəngiyyat olduğunu ifşa edib.
Bir daha çıxış etməyə cəhd edən erməni nümayəndəsinə cavab olaraq söz alan Tofiq Musayev əsaslandırılmış dəlillərlə Ermənistanın təcavüzkar və irqçi siyasətinin mahiyyətini BMT tribunasından istifadə edərək, dünya birliyinin diqqətinə çatdırıb.