Əbülfəs Qarayev dekabrın 10-da Sabirabadda vətəndaşların qəbulunu keçirəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 10-da Sabirabad şəhərində Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Nazirlikdən APA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, habelə telefon məlumat sistemi vasitəsi ilə qəbula yazıla bilərlər.
Nazirlikdən bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşların həmçinin rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.
Apa.az