Əbülfəs Qarayev Şabranda vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 22-də Şabranda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Nazirlikdən APA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin qeyd olunan şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.
Apa/az