Bələdiyyə üzvlərinin və qulluqçularının hüquqi maarifləndirilməsinə diqqət artırılır

Posted by

Ədliyyə Nazirliyinin İmişli Regional Şöbəsinin təşkilatçılığı ilə Saatlı şəhərində bələdiyyə sədrləri və üzvləri üçün seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyətinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin əməkdaşlarının da iştirak etdikləri seminarda İmişli Regional Ədliyyə Şöbəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik kömək göstərilməsi istiqamətində gördüyü işlər barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Seminarda İmişli Regional Ədliyyə Şöbəsinin əməkdaşları Fəxrəddin İbadullayevin və İlkin Savalanın “Bələdiyyələrin işində antikorrupsiya tədbirlərinin gücləndirilməsi”, “Bələdiyyə aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması ilə bağlı bələdiyyələrin qarşısında duran vəzifələr” və “Bələdiyyənin fəaliyyətində demokratik idarəçilik metodlarının təmin olunması” mövzularında çıxışları dinlənilmişdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

AzərTac.az