Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə dair görüş keçirilmişdir

Posted by

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə dair görüş keçirilmişdir

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə dair görüş keçirilmişdir

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə dair görüş keçirilmişdir

Amerika Birləşmiş Ştatlarının Kolorado Sprinqz şəhərindəki ABŞ Hərbi Hava Qüvvələrinin Akademiyasının dəvəti ilə Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov Akademiyanın qonağı olmuşdur.

Səfər çərçivəsində səfir Akademiyanın rəhbərliyi ilə görüşmüş, müdavimlər qarşısında çıxış etmişdir. Akademiyanın rəisi general-leytenant Mişel Conson və digər ali rütbəli zabitlərlə görüşdə ABŞ-Azərbaycan hərbi əməkdaşlığından, ölkəmizin regional, transregional əhəmiyyətindən və ikitərəfli münasibətlərin maraq doğuran digər aspektlərindən danışılmışdır. Mişel Conson ölkəmizin öz müttəfiq və tərəfdaşlarına münasibətdə hər zaman göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə etmişdir. O, Azərbaycanın yerləşdiyi coğrafiyanın ona əhəmiyyətli tranzit üstünlükləri verdiyini söyləmiş, Azərbaycanın isə bu üstünlüklərdən düzgün yararlanaraq hazırda reallaşdırdığı nəqliyyat layihələrinin ölkənin tranzit əhəmiyyətini artıracağını qeyd etmişdir. Daha sonra o, bir neçə il bundan əvvəl Azərbaycana səfər etdiyini məmnunluqla xatırlamış, Bakının sürətli inkişafına heyran qaldığını bildirmişdir.

Akademiyanın müdavimləri qarşısında çıxış edən səfir E.Süleymanov ikitərəfli hərbi əməkdaşlığımızdan danışmış, bu münasibətlərin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə inkişaf etdiyini söyləmişdir. Səfir bu prosesdə Azərbaycanın öz hava məkanından tranzit olaraq istifadə üçün icazə verən ilk ölkələrdən olduğunu qeyd etmişdir. ABŞ hərbi qüvvələri üçün Əfqanıstana daşınan ərzaq məhsullarının 40 faizinin Azərbaycan ərazisindən keçdiyini bildirən E.Süleymanov, ölkəmizin son illərdə özünün tranzit qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığını vurğulamışdır. Buna misal olaraq, o, Heydər Əliyev Beynəlxalq Aeroportunda yenicə istifadəyə verilmiş aerovağzal kompleksini, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Ələt Beynəlxalq Dəniz Ticarət Limanını, habelə ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların inkişaf etdirilməsini göstərmiş, bu layihələrin tam yekunlaşmasından sonra ölkəmizin regionda vacib yükdaşıma və tranzit mərkəzinə çevriləcəyini söyləmişdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində malik olduğu əhəmiyyətli rolu qeyd edən diplomat buna bariz nümunə olaraq, “Cənub” Qaz Dəhlizi layihəsini göstərmişdir. O bildirmişdir ki, bu layihə üç əsas boru xəttindən ibarət olan dünyanın ən böyük təbii qaz layihəsidir. Avropanın təbii qaz bazarlarına əlavə həcmdə qaz çıxaracaq “Cənub” Dəhlizinin qitənin enerji təhlükəsizliyində xüsusi çəkiyə malik olduğunu qeyd edən səfir bunun Azərbaycanın liderliyi ilə reallaşdırıldığını bildirmişdir. O, qeyd edilənlərin təsadüfi seçimlər deyil, ölkə rəhbərliyinin uzaqgörən və praqmatik siyasətinin məntiqi nəticələri olduğunu vurğulamışdır.

Səfir E.Süleymanov Azərbaycanın ərazi bütövlüyünün qonşu Ermənistan tərəfindən pozulduğu və torpaqlarımızın 20 faizinin işğal altında saxlanıldığını diqqətə çatdırmışdır. ABŞ-ın ATƏT-in Minsk qrupunda həmsədr olduğunu qeyd edən səfir Vaşinqtonun dövlətlərin suverenlik və ərazi bütövlüyü prinsipini dəstəkləməsinin vacib olduğunu vurğulamışdır. Daha sonra səfir E.Süleymanov Akademiyada müdavimlər üçün yaradılan şəraitlə tanış olmuşdur.

 

AzərTac.az