Bir il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 261.816 müraciət daxil olub

Posted by

Nazirlikdən verilən məlumata əsasən, 2017-ci il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 261.816 müraciət daxil olub.  Onlardan 221.038 müraciət vətəndaşlarla iş bölməsi, 14.094 elektron poçt, 26.684 ərizə, teleqram isə dəftərxana sektoru tərəfindən qəbul edilib. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) 173. 990 zəng qəbul olunub.

Vətəndaşların Qəbulu Mərkəzində isə 47 min 48 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və s. ilə bağlı məsələləri əhatə edib.

AZƏRTAC