Bişkekdə inzibati hüquq üzrə beynəlxalq elmi-praktik konfrans keçirilib

Posted by

Bişkekdə “Dövlət idarəçiliyində və sabit iqtisadi inkişafın modernləşdirilməsində inzibati ədliyyənin rolu” adlı beşinci beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Müstəqil Dövlətlər Birliyinin, həmçinin Almaniya, Avstriya, Latviya, Litva və digər dövlətlərin əlaqədar qurumlarının nümayəndələri, deputatlar, alimlər və hüquqşünaslar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Qırğızıstanın ədliyyə naziri Almambek Şıkmamatov açaraq ölkədə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində vətəndaşlarla idarəetmə orqanları arasındakı mübahisələrin həlli istiqamətində inzibati ədliyyənin rolundan danışıb. Azərbaycan, Belorus, Litva, Latviya, Özbəkistan, Tacikistan, Türkmənistan, Ukrayna və Qırğızıstan nümayəndələri çıxış edərək ölkələrində bu sahədə aparılan islahatlar haqqında məlumat veriblər.

Konfransda inzibati hüququn rolu və əhəmiyyəti, ayrı-ayrı dövlətlərdə inzibati qanunvericiliyin inkişaf xüsusiyyətləri, ölkələr arasında bununla bağlı əməkdaşlığın genişləndirilməsi, informasiya mübadiləsi aparılması və digər məsələlər müzakirə edilib.

AzərTac.az