Beynəlxalq təşkilatlar Azərbaycan vergi sistemində aparılan islahatların davam etdirilməsini zəruri sayır

Posted by

Beynəlxalq təşkilatlar Azərbaycanda aparılan vergi islahatları, o cümlədən bu sahədə aparılan elektronlaşdırma tədbirlərini yüksək qiymətləndirir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Bakıda keçirilən «Azərbaycanın vergi sistemi: Reallıqlar və perspektivlər» adlı III Vergi Forumunda çıxış edən beynəlxalq təşkilatların nümayəndələri qeyd ediblər.

Forumda BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Antonius Broek, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşşenko çıxış ediblər.

Bu çıxışlarda ilk növbədə Azərbaycan vergi sisteminin müasir olduğu bildirilib, həmçinin onun şəffaf və vergi ödəyiciləri ilə münasibətlərin təkmilləşdirilməsi istiqamətində aparılan işlər vurğulanıb. Xüsusən də vergi sistemində və sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində elektronlaşdırma ilə bağlı aparılan islahatlar yüksək qiymətləndirilib. Eyni zamanda, bu islahatların davam etdirilməsinin zərurəti vurğulanıb.

Apa.az