Beynəlxalq humanitar təşkilatların layihələri Azərbaycan üçün prioritet əhəmiyyət kəsb edir

Posted by

Beynəlxalq humanitar təşkilatların layihələri Azərbaycan üçün prioritet əhəmiyyət kəsb edir

Beynəlxalq humanitar təşkilatların layihələri Azərbaycan üçün prioritet əhəmiyyət kəsb edir

Beynəlxalq humanitar təşkilatların layihələri Azərbaycan üçün prioritet əhəmiyyət kəsb edir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov mayın 4-də ölkəmizdə səfərdə olan Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinə yeni təyin olunmuş baş direktor Xalid Salah Al-Rayes və onun müavini Ali Mufreinlə görüşüb.

 

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Küveyt ilə Azərbaycan arasında əlaqələrin inkişafından, bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın və dostluğun yüksək əsaslar üzərində qurularaq davam etdirildiyindən məmnunluq ifadə olunan görüşdə Küveytin bu xeyriyyə təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən indiyədək həyata keçirilmiş və gələcəkdə keçirilməsi nəzərdə tutulan humanitar layihələr və planlarla əlaqədar fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanların problemləri, Azərbaycan dövləti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verilib.

 

Dövlətqaçqınkomun sədrinin müavini F.Hüseynov Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovun cari il mart ayının sonunda Küveytdə bu ölkənin rəsmiləri, o cümlədən Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sədri ilə görüşlərini və bu görüşlər zamanı Azərbaycan reallıqları barədə aparılan müzakirələri xatırladaraq qonaqların diqqətinə çatdırıb ki, Azərbaycanda bütün beynəlxalq humanitar və inkişaf təşkilatlarının səmərəli fəaliyyəti üçün hərtərəfli və şəffaf şərait yaradılıb. Bu təşkilatların həyata keçirdiyi layihələr Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilir. Bunların nəticəsidir ki, bütün layihələr daha çox ehtiyac duyulan prioritet sahələrə istiqamətləndirilir. Elə Küveytin bu beynəlxalq humanitar təşkilatının Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi də ötən müddətdə digər sahələrlə yanaşı, əsas diqqəti qaçqın və məcburi köçkünlərin içməli su ilə təminatına, təhsil müəssisələrinin, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə, imkansız ailələrə maddi yardım edilməsinə və digər bu kimi sahələrə yönəldib.

 

F.Hüseynov deyib ki, dünyada baş verən münaqişələr nəticəsində qaçqınların və məcburi köçkünlərin sayı artır. Azərbaycan dövləti iqtisadi inkişafının sürətlənməsi nəticəsində bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb, amma buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan soydaşlarımız var. Bütün bunlara görə beynəlxalq humanitar təşkilatlar tərəfindən həyata keçirilən layihələrin bizim üçün prioritet əhəmiyyət kəsb etdiyini vurğulayan F.Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımıza istər ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də Küveytin Asiya Müsəlmanları Komitəsi beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın böyük önəm daşıdığını diqqətə çatdırıb.

 

Küveytin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini və bundan məlumatlı olduğunu deyən Xalid Salah Al-Rayes Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, ölkənin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Eyni zamanda, rəhbərlik etdiyi təşkilat tərəfindən əvvəlki layihələr kimi, bundan sonra həyata keçiriləcək layihələrin də prioritet sahələrə uyğun şəkildə reallaşacağına, bununla əlaqədar aparılan müzakirələrin müsbət səmərə verəcəyinə əminliyini bildirib.

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllinə kömək məqsədilə qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.

 

AzərTac.az