“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı ikinci müsabiqədə iştirak etmiş və “Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərində Ermənista-nın qanunsuz və hüquqa zidd fəaliyyətinin araşdırılması” adlı layihəsinin qalibi olmuşdur.
Layihə haqqında qısa olaraq bunu qeyd edə bilərik ki, bu layihə Ermənistan Respublikası və separatçıların Azərbaycanın işğal olunmuş ərazilərində müasir beynəlxalq hüquqa zidd, qeyri-qanuni fəaliyyətinin qüvvədə olan beynəlxalq sənədlər əsasında sübuta yetirilməsi və bu nəticələrlə beynəlxalq ictimaiyyəti tanış etməkdir. Burada əsasən aşağıdakı istiqamətlər araşdırılmışdır:1)Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, 2)təbii sərvətlərin qanunsuz istismarı, 3)qanunsuz iqtisadi fəaliyyət, 4)tarixi abidələrin dağıdılması və özgəninkiləşdi-rilməsi, 5)yer adlarının qanunsuz dəyişdirilməsi, 6) ətraf mühitə vurulan ziyan.
Azərbaycanın İşğal olunmuş əraziləri heç bir dövlətin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevrilmişdir. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf etməsi üçün bütün zəruri şərait yaratmışdır.
Azərbaycana qarşı təcavüzün nəticələrindən və mövcud status-kvodan yararlanmağa çalışan Ermənistanın rəsmi orqanlarının əsir və girov götürülmüş, itkin düşmüş azərbaycanlıları gəlir məqsədi ilə alver predmetinə çevirərək müxtəlif cinayətkar qruplaşmalarla işbirliyi qurduqları barədə təkzibedilməz faktlar mövcuddur.
Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər qanunsuz məskunlaşdırılmışdır. 2003-cü ilin dekabrında Ermənistanın baş naziri A. Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirmişdir.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam riayət etməyə, dərhal həm erməni, həm də xarici vətəndaşların işğal olunan ərazilərə köçürülməsini dayandırmaq və ləğv etməyə, dərhal Azərbaycanın işğal olunan ərazilərində iqtisadi və ticarət fəaliyyətini dayandırmaq və həmin ərazilərdəki arxeoloji, mədəni və dini abidələr də daxil olmaqla, mədəni irs nümunələri və müqəddəs yerlərin dağıdılması və talan edilməsini dayandırmağa məcbur etməyə çağırır.
“Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyətinin araşdırılması” adlı layihənin icrası dövründə “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanin işğal olunmuş ərazilərində Ermənistanin qanunsuz və hüquqa zidd fəaliyyəti” adlı xüsusi kitab nəşr olunması planlaşdırılır.
Layihənin müddəti 15iyul 2017-ci il tarixindən 15 noyabr 2017-ci il tarixinədək (4 ay) dövrü əhatə edir. Layihənin əsas məqsədləri və vəzifələri aşağıdakılardır:
Layihənin əsas məqsədi – Ermənistanın müasir beynəlxalq hüququ pozan əməlləri və fəaliyyəti nəticəsində BMT və digər təşkilatların rəsmi sənədlərinin müddəalarını pozduğunu və qanunsuz fəa-liyyətini açmaqdır.
Layihənin əsas vəzifəsi isə Azərbaycan Respublikasının gələcək xarici siyasət fəaliyyətində lazım olacaq dünya ölkələrinin və xalqlarının Ermənistan vandalizminə münasibətdə mənfi ictimai rəyini qazanmaqdır.
Layihənin icra müddəti ərzində paytaxtımızda (Bakı şəhəri) və regionda (İsmayıllı rayonu) keçiriləcək tədbirlərin“Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyətinin araşdırılması”inkişafında müsbət təsiri olacaqdır. Bu baxımdan layihə çərçivəsində konkret tədbirlər reallaşdırmaq daha məqsədə uyğundur və layihə çərçivəsində görüləcək işlər aşağıdakılardır:
1) “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyəti” adlı 300 səhifəlik xüsusi kitabın hazırlanması və paylanması;
2) Beynəlxalq hüquq üzrə ekspertlər qrupunun yaradılması;
3) 2tədbirin təşkili və tədbirlərin Bakı şəhərində və İsmayıllı rayonunda keçirilməsi;
4) Azərbaycanın əhalisini (o cümlədən tələbələrini) məlumatlandırma tədbirlərinin keçirilməsi;
5) Azərbaycanın kütləvi informasiya vasitələrində xüsusi materialların yerləşdirilməsi;
6) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ombudsman, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu kimi Azərbaycan Respublikasının dövlət orqanlarında və s. tanıdılması.
Layihənin icra müddəti ərzində və ondan sonrakı dövrdə Azərbaycan Respublikasının əhalisi və Azərbaycan Respublikasının müvafiq dövlət orqanları – Konstitusiya Məhkəməsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ombudsman, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu və ümumilikdə Azərbaycan Respublikasının vətəndaşları layihə çərçivəsində nəşr olunacaq kitabdan və Bakı şəhərində və bölgələrdə keçiriləcək tədbirlərdən faydalanacaqlar.
Hesab edirik ki, layihənin icra müddətində aşağıdakı nəticələri əldə edəcəyik:
1) Ermənistan Respublikası və separatçıların Azərbaycanın işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti ilə bağlı gənclərin yeni-yeni qeyri hökumət qurumlarının və birliklərinin yaranmasına və fəaliyyətinə təkan verəcək.
2) Azərbaycanın qanuni hüquqlarını dünyada tanıtdıracaq.
3) Ermənistanın Azərbaycan əleyhinə qurduğu təbliğat maşınına zərbələr dəyəcək.
4) Azərbaycan haqları uğrunda hərəkat vüsət alacaq.