Belarusun xarici işlər naziri Azərbaycanın Minskdəki səfiri ilə görüşüb
Bu gün, noyabrın 19-da Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri İsfəndiyar Vahabzadə ilə görüşüb. Bu barədə AzərTAc Belarusun xarici siyasət idarəsinin rəsmi saytına istinadən xəbər verir.
Tərəflər ikitərəfli əməkdaşlığa dair geniş məsələləri, habelə siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
AzərTac.az