Belarus Ukraynanın yerinə MDB-nin sədri funksiyasını öz üzərinə götürüb
Belarus Ukraynanın yerinə MDB-nin sədri funksiyasını öz üzərinə götürüb. Bunu Belarus XİN-in rəhbəri Vladimir Makey Moskvada MDB XİNŞ iclasının başlamasından əvvəl bildirib. Trend-in məlumatına görə, xəbbəri RİA Novosti yayıb.
Bir az əvvəl Kiyev 2014-cü ildə Birliyə gələcək sədrlikdən imtina etdiyini bəyan etmişdi.
Makey bildirib: “Belarus MDB-yə sədrliyi həyata keçirməyə hazır olduğunu ifadə edib”.
Onun sözlərinə görə, Belarus sədr kimi əsas vəzifənin Birlikdə mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi olduğunu hesab edir.
Qeyd edək ki, fevralın 22-də Ukraynada hakimiyyət dəyişikliyi baş verib.
Trend.az