Beşinci çağırış Milli Məclisin növbəti iclası keçirilir
Dekabrın 1-də beşinci çağırış Milli Məclisin növbəti iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin intizam komissiyası təşkil olunacaq, hesablayıcı komissiyanın tərkibində dəyişiklik ediləcək. Bundan başqa, parlamentin komitələrinin sədr müavinləri və üzvləri seçiləcək.
AZƏRTAC