Bakının bir hissəsində su olmayacaq
Bakının bir hissəsində su olmayacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Səbail və Xətai rayonları ərazisində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 08 aprel 2014-cü il tarixində Səbail və Xətai rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Trend.az