UNICEF 2014-cü ilin dekabr ayından 2017-ci ilin avqust ayına qədər “Uşaqlar üçün ədliyyəyə çıxış” layihəsini həyata keçirmək üçün Avropa İttifaqı daxil olmaqla tərəfdaşlarla əməkdaşlıq edir. Bu il həm də UNICEF layihənin həyata keçirilməsi zamanı göstərdiyi təsiri öyrənmək üçün onun qiymətləndirilməsini aparıb. Dekabrın 14-də Bakıda layihənin qiymətləndirilməsinin yekun nəticələrinin təqdimatı keçirilib.
Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Teymur Məlik-Aslanov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmisi Yorun Villems çıxış ediblər.
Sonra “Uşaqlar üçün ədliyyəyə çıxış” layihəsi ilə bağlı video nümayiş olunub.
Tədbir müzakirələrlə davam edib.
AZƏRTAC