Bakıdakı Moldova vətəndaşları Avropaya inteqrasiyaya səs veriblər

Posted by

Bakıdakı Moldova vətəndaşları Avropaya inteqrasiyaya səs veriblərBakıdakı Moldova vətəndaşları Avropaya inteqrasiyaya səs veriblər

Bakıdakı Moldova vətəndaşları Avropaya inteqrasiyaya səs veriblər

Azərbaycanda yaşayan Moldova vətəndaşlarının əksəriyyəti ölkə parlamentinə seçkilərdə hakim Avropayönümlü alyansa səs veriblər. Bu barədə bazar ertəsi Trend-ə bu ölkənin Azərbaycandakı səfiri İqor Bodiu bildirib.

 

Bakıdakı səfirlik yanında yaradılan seçki məntəqəsində 44 Moldova vətəndaşı səs verib.

 

Bazar günü Moldovada ölkənin qanunverici orqanına seçkilər keçirilib.

 

Moldovanın Azərbaycanda yaşayan vətəndaşlarının parlament seçkilərində iştirak etməsi üçün bu ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılmışdı.

 

Moldova parlamentinə seçkilərdə 101 yer uğrunda 19 siyasi partiya, 4 müstəqil namizəd və bir seçki bloku mübarizə aparıb.

 

Protokolların 87,6 faizinin hesablanmasında sonra əldə olunan son nəticələrə görə, sosialistlər 21,61 faizlə seçkilərdə liderliyi qoruyub saxlayıblar.

 

Trend.az