Bakıda yeni Gənclər Evi açılıb

Posted by

Bakıda yeni Gənclər Evi açılıb

Bakıda yeni Gənclər Evi açılıb

Bakıda yeni Gənclər Evi açılıb

Bu gün Bakının Xəzər rayonunda yeni Gənclər Evinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər gənclər sektorundan olan nümayəndələr iştirak ediblər.

Mərasimdə çıxış edən A.Rəhimov bildirib ki, bu gün Xəzər rayonunun gənclərinin bayramıdır, çünki onlar üçün əsas olan mənzil-qərargah açılır: “Çünki onlar bu Gənclər Evində müxtəlif tədbirlər həyata keçirə bilərlər. Yəni gənclər üçün bu gün imkanlar daha da genişlənir. Bu Gənclər Evi Bakıda açılması nəzərdə tutulan 5 Gənclər Evinin birincisi, respublika üzrə isə 25-cidir. Zaman keçdikcə gənclər üçün maddi-texniki baza gücləndirilir. Ölkə başçısı cənab İlham Əliyev gənclərlə dəfələrlə görüşlər keçirib. Cənab Prezident gənclərə böyük dəstək verir. Həmçinin gənclərin bütün problemləri ilə maraqlanır. Ölkə başçısının tapşırığı ilə Gənclər evlərinin yaradılması həmin dəstəyin sübutudur. Biz bunu hiss etməli və gənclər siyasətini həyata keçirməliyik”.

Nazir vurğulayıb ki, “2011-2013-cü illərdə Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq, Binəqədi, Xəzər, Qaradağ, Sabunçu və Suraxanı rayonlarında da Gənclər Evinin tikintisi nəzərdə tutulub: “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda da Gənclər Evinin yaradılması nəzərdə tutulub. Ümumilikdə 2013-cü ilin sonuna qədər Gənclər evlərinin sayı 25-ə çatıb. Eyni zamanda, 2014-cü ildə daha 6 Gənclər Evinin açılışı planlaşdırılır”.

Qeyd edək ki, Gənclər evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxsiyyət kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında Gənclər və İdman idarələrinin fəaliyyətinə yardım göstərilməsidir.

 

Trend.az