Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun iclası başlayıb
Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun nazir müavinləri səviyyəsində 33-cü görüşü başlayıb.
APA-nın xəbərinə görə, yığıncaq mətbuata qapalı keçirilir.
Toplantıda Xəzərin statusuna dair Konvensiya layihəsi müzakirə olunacaq.
Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanı prezidentin demarkasiya və delimitasiya üzrə xüsusi nümayəndəsi İqor Bratçikov, Qazaxıstanı xarici işlər nazirinin müavini Kayrat Sarıbay, İranı xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadə, Türkmənistanı isə prezident yanında Xəzər məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanov təmsil edir.