Bakıda TürkPA-ya üzv ölkələrin Sosial siyasət komitələrinin 2-ci birgə toplantısı keçirilir

Posted by

Bakıda TürkPA-ya üzv ölkələrin Sosial siyasət komitələrinin 2-ci birgə toplantısı keçirilirBakıda TürkPA-ya üzv ölkələrin Sosial siyasət komitələrinin 2-ci birgə toplantısı keçirilir

Bakıda TürkPA-ya üzv ölkələrin Sosial siyasət komitələrinin 2-ci birgə toplantısı keçirilir

Azərbaycan Milli Məclisinin binasında Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin Sosial siyasət komitələrinin 2-ci birgə toplantısı keçirilir. APA-nın məlumatına görə, toplantının mövzusu “TürkPA-ya üzv ölkələrinin miqrasiya problemləri və imkanları”dır.

 

Toplantıda Azərbaycan parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova, Dövlət Miqrasiya Xidmətinin rəisi Pərviz Musayev, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sağlıq, Ailə, İş və Sosial məsələlər Komitəsinin sədri Necdət Ünüvar, Qazaxıstan Məclisinin Sosial və Mədəni məsələlər Komitəsinin üzvü Kamal Burhanov, Azərbaycan parlamentin deputatları və digər qonaqlar iştirak edirlər.

 

 

Trend.az