Bakıda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I forumu keçiriləcək

Posted by

Bakıda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I forumu keçiriləcək

 

Bakıda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I forumu keçiriləcək

Bakıda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I forumu keçiriləcək

 

Bakıda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I forumu təşkil olunacaq.

 

Gün.Az xəbər verir ki, bununla bağlı qərar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında qəbul olunub.

 

Forumun məqsədi türkdilli dövlətlərdə baş verən sosial-iqtisadi prosesləri təhlil etmək, iqtisadçılar arasında əlaqələri inkişaf etdirməkdir.

 

Həmçinin onların fəaliyyətini türkdilli dövlətlərin inkişafına istiqamətləndirmək və birgə elmi-strateji araşdırmaları təşkil etməkdir. Burada əsasən 5 türkdilli dövlətin nümayəndələri bir araya gələcək. Forumda xaricdən 100, yerli 150 iqtisadçı alimin iştirak etməsi planlaşdırılır.

Forumun 2014-cü ilin iyun ayında 4 gün ərzində yekunlaşması nəzərdə tutulub. Hazırda AMEA İqtisadiyyat İnstitutunda Forumun keçirilməsinə dair Tədbirlər planı hazırlanır.

 

Qeyd edək ki, Qəbələdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında Prezident İlham Əliyev türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın genişlənməsinin vacibliyini bildirib. Bu çağırış “Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu”nun keçirilməsi üçün zəmin yaradıb.