Bakıda əsas yollardan birinin təmirinə başlandı

Posted by

Bakıda əsas yollardan birinin təmirinə başlandı

 

Bakıda əsas yollardan birinin təmirinə başlandı

Bakıda əsas yollardan birinin təmirinə başlandı

 

Bakıda əsas yollardan birinin təmirinə start verilib. Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, paytaxtın Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsinə qədər olan hissəsinin təmirinə başlanıb: “Hazırda yolun kənarındakı köhnə bardürlərin sökülməsi işləri həyata keçirilir. Bundan sonra onlar yeniləri ilə əvəz olunacaq. Daha sonra isə yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenilənməsi işləri həyata keçiriləcək”.

Qeyd edək ki, təmir olunacaq hissə yolun 1,3 km məsafəsini əhatə edir.

 

Trend.az