Bakıda “Şərq tərəfdaşlığı üzrə ərazi əməkdaşlığı” proqramının təqdimatı olmuşdur

Posted by

Bakıda “Şərq tərəfdaşlığı üzrə ərazi əməkdaşlığı” proqramının təqdimatı olmuşdur

Bakıda “Şərq tərəfdaşlığı üzrə ərazi əməkdaşlığı” proqramının təqdimatı olmuşdur

Bakıda “Şərq tərəfdaşlığı üzrə ərazi əməkdaşlığı” proqramının təqdimatı olmuşdur

Fevralın 11-də Avropa İttifaqının Bakıdakı nümayəndəliyində “Şərq tərəfdaşlığı üzrə ərazi əməkdaşlığı” proqramının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard proqram haqqında məlumat vermişdir. O demişdir ki, Avropa İttifaqının transsərhəd əməkdaşlığı sahəsində çox böyük təcrübəsi vardır və iqtisadiyyat, turizm, ətraf mühit məsələlərinin əhatə ediləcəyi bu əməkdaşlıq mühüm əhəmiyyətə malikdir. M.Mard əmin olduğunu bildirmişdir ki, bu proqramın həyata keçirilməsi turizm sahəsinin inkişafına da töhfə verəcəkdir.

Layihənin qrup rəhbəri Aleksey Sekarev və kommunikasiya üzrə mütəxəssis Tatyana Derevyankina proqram çərçivəsində görüləcək işlər haqqında danışmışlar. Diqqətə çatdırılmışdır ki, proqram çərçivəsində təkliflərin yaya qədər elan edilməsi nəzərdə tutulmuşdur. Ondan sonra isə qrantlar veriləcəkdir. Proqramın ümumi büdcəsi 12,5 milyon avro təşkil edir. Bu məbləğdən 1,35 milyon avro Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığı üçün ayrılmışdır.

Qeyd edilmişdir ki, proqram əsasən Azərbaycanın Gəncə-Qazax və Şəki-Zaqatala, Gürcüstanın Kvemo-Kartli və Kaxeti regionlarını əhatə edir. Proqram çərçivəsində hər iki ölkədən azı iki tərəfdaş – Azərbaycandan və Gürcüstandan olan təşkilatlar tərəfindən irəli sürülən layihələrə dəstək verilə bilər. Benefisiarlar yerli və regional hakimiyyət orqanları, ictimai xidmət təminatçıları və qeyri-dövlət təşkilatları ola bilər.

Bildirilmişdir ki, ərazi əməkdaşlığının məqsədi ümumi sosial və iqtisadi inkişaf problemlərinin birgə həllinə nail olmağa kömək üçün yerli hakimiyyət orqanları, icmalar və vətəndaş cəmiyyəti təşkilatları arasında transsərhəd əlaqələrinin möhkəmləndirilməsidir.

 

AzərTac.az