Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin II Forumu keçiriləcəkdir
Cari il oktyabrın 1-dən 3-dək Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin II Forumu və “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda II beynəlxalq konfrans keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, konfrans çərçivəsində İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərlərinin, ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
AzərTAc.az