Bakıda “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir

Posted by

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

APA-nın məlumatına görə, tədbiri açıq elan edən şuranın sədri Azay Quliyev deyib ki, konfransın keçirilməsinin iki məqsədi var. A. Quliyevin sözlərinə görə, ilk məqsəd Azərbaycanın beynəlxalq aləmdə QHT-lərlə əməkdaşlığının qiymətləndirilməsidir. Şura sədri bildirib ki, tədbirə Azərbaycanın yüksək səviyyəli rəsmiləri, səfirlər, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin nümayəndələrinin dəvət edilməsi təsadüfi deyil: “Konfransı keçirməkdə ikinci məqsəd dünyanın üzləşdiyi təhdidlər, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı yeni mexanizmlər ətrafında fikir mübadiləsi aparmaqdır. Azərbaycan dövləti demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətləri davam etdirməyə qərarlıdır. Şura beynəlxalq əməkdaşlığa önəm verir və qarşılıqlı əməkdaşlığın önəmini bir daha vurğulamaq istəyir”.

Apa/az